Bəzi hədis və tarix kitablarında rast gəlinən “üç Muhəmməd” (Muhəmmədunə səlasə) kimlərdir?

/ Çərşənbə axşamı, 23 Fevral 2021 11:11
Bəzi hədis və tarix kitablarında rast gəlinən “üç Muhəmməd” (Muhəmmədunə səlasə) kimlərdir?

Oxucu sual verir: Bəzi hədis və tarix kitablarında rast gəlinən “üç Muhəmməd” (Mühəmmədunə səlasə) kimlərdir?

Bu ifadə əsasən şiə (cəfəri) mənbələrində rast gəlinir. Bu məzhəbin bir neçə böyük aliminin adı Muhəmməd olduğu üçün onları ümumi şəkildə bu cür adlandırırlar. “Üş Muhəmməd” ifadəsi çox zaman “əvvəl” (keçmiş) və “axər” (yeni, sonrakı) qeydi ilə işlədilir. Keçmişdəki üç Muhəmməd IX-XI əsrlərdə yaşamış, şiə məzhəbinin ən məşhur 4 hədis məcmuəsinin müəllifi olan alimlərdir: 1. Muhəmməd ibn Yəqub Küleyni (“əl-Kafi” kitabının müəllifi),

2. Muhəmməd ibn Əli Səduq (“Mən la yəhzuruh əl-fəqih” kitabının müəllifi),

3. Muhəmməd ibn Həsən Tusi (“Təhzib əl-əhkam” və “əl-İstibsar” kitablarının müəllifi).

Sonrakı üç Мuhəmməd isə XVII əsrdə yaşamış və irihəcmli hədis məcmuələrini tərtib etmiş aşağıdakı alimlərdir:

1. Muhəmməd Möhsin Feyz Kaşani (“əl-Vafi” kitabının müəllifi),

2. Muhəmməd ibn Həsən Hürr Amili (“Vəsail əl-şiə” kitabının müəllifi),

3. Muhəmməd Baqir Məclisi (“Bihar əl-ənvar” kitabının müəllifi).

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.