Öncəki məqalələr

Məhərrəmlikdə “qonsert” sevgisi

/ Cümə axşamı, 06 Noyabr 2014 13:21
Məhərrəmlikdə “qonsert” sevgisi

Bu gün, əhalinin bir çox hissəsinin axşam İmamın 3 məclisinə hazırlaşdığı bir ərəfədə Sumqayıtda küçələr arası səyyar konsert məni sevindirdi. Dedim yəqin Qarabağı almışıq. Çünki bu cür çal-çağır ancaq qalib məmləkətin qalib şəhərlərində vaqe ola bilər. Amma dərhal barmağımı dişlədim. Dedim ki, yox, Qasım kişi, nə isə bu başqa dərdə oxşayır. Məhərrəm ayında cahamat (camaat) toy-düyün eləmir, kütləvi dambadurum olmur. Özü də  bu ayda nəinki təriqətindən asılı olmayaraq heç bir müsəlmanın, heç digər din nümayəndələrinin də toy-nişan etməsi müşahidə olunmur. Burda nəsə var…

Elə barmağımı dişləmişdim ki, (heyrətimdən az qaldı qopa) birdən yadıma yaxınlarda, Firəngistanın, Əmrikənin bir sehirli çomağı düşdü. Deməli, bu sehirli çomağ nə imiş?! Sən demə, bu sehirli çomağ girir bəzi tilvezrın (televizorun) dalına. Və ölçür ki, kim hansı kanalda, hansı qonsertə, nə bilim filmə baxır. Deməli, sonradan bildim ki, həmin çomağın adı “reytinq” imiş. Həmin reytinq ki, kanalların reytinqini ölçür. Deyir ki, bü cahamat öyündə oturub hansı kanala baxır. Hə… Deməli, həmin qəmissiyənin yoxlamasında “SPEYS” kanalı birinci yerə çıxır. Hə, burda Kərəmi ağlamaq tutur. Aydın olur ki, sən demə, “Həzrət Yusif” kinosu bütün millətin başını yeyib, hamını “SPEYS” kanalına, “Həzrət Yusif” dininin təxribatına qoşub. Deməli, o gün, bu gün, daha Azərbaycan kanallarında “dini kino gördüm” deyən olmayıb.

İndi də Aşura Sumqayıtın iç üzünü açdı. Sən demə xalqda mövhumat, qaraguruhçuluq var imiş. Soyuqda, yağışda qoca-qarı, arvad-uşaq tökülmüşdülər məscidlərə. Elə hər şeyin də içinə zadı qoyan bu camatın inamı oldu.

Yəqin ki “Sem”, “Con” dayılar tez yapışdılar ki, Sumqayıt rəhbərliyi bir qonsertdən, zaddan etsin. Amanın bir günüdür, yoxsa bu xalq özünə gələr, babaları Füzulini, Nəsimini, Seyid Əzimi tanıyar, sonra dirənər ki, bəs bu Qarabağ, həqiqətən, bizimdir. Yenə də arada bu ATƏT-MATƏT olaraq pəpəşdən-yaddan yeyirik dana.

Hə, daha sakitləşdim. Bildim ki, cənab Eldar müəllimin heç günahı yox imiş. Təcrübə dövlətiyik də. 100 il Çar Rusiyası, 70 il Sovet ideolgiyası ilə üzərimizdə sınaq keçirtdilər. Baxdılar ki, “rus ayı da olsa, amma sən demə, mujik imiş.  Yaxşısı budur üzlərini Hollandiyaya tutaq bunların”.

Hələ ki bir-iki stilisit, müğənni “kişi göyərçinlər” ilə özümüzü Avropa Şurasına, zada göstəririk. Allah axırımızı xeyir eləsin qağa, görəsən, bunlar sonra bizdən nə istəyəjək…

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
Type the text presented in the image below

Please publish modules in offcanvas position.