Öncəki məqalələr

Nənələrimizin qızılları müğənnilərdə, şadlıq evlərindədir

/ Şənbə, 29 Noyabr 2014 13:32
Nənələrimizin qızılları müğənnilərdə, şadlıq evlərindədir

Nədənsə müasir dövrdə keçmişdəki kimi, nənələrdən nəvələrə qızıl, daş-qaş gəlib çatmır. Bəhsə-bəhslə keçirilən toy məclislərinin əks-effekti bir sıra mənfi hallara malik olduğu kimi, ailələrin ehtiyat xarakterli var-dövlət siyasətini də zədələyib. İndi çox az ailələr tapmaq olar ki, nənələrinin onlara çatacaq qızılları ilə hansısa çatışmazlıqlarını aradan qaldırmağı düşünsünlər.

Sual çıxır: Hanı nənələrin qızılları? Buna cavab, əlbəttə ki, birmənalı olaraq belə olacaq: Hamısı müğənnilərdə, şadlıq evlərində.

Keçmişdə toylarda yemək-içməyə sərf olunan pullar az olduğundan, həmçinin “bahalı” müğənnillərə şadlıq məkanlarında o qədər də dəyər verilmədiyindən toylarda yığılan pullar gənc ailələrin əlində, bir növ xəzinəyə çevrilirdi. Gənclər bu pullarla yaşayış təminatlarını qurur, ev-eşik düzəldərdilər. Bəy tərəfi də qız evinə qızıl, daş-qaş alardı. Və beləcə, hər bir ailənin ehtiyat fondunda yetərincə ehtiyat qızıl fondu olardı. Və gələcəkdə hansısa bir iqtisadi problem qarşıya çıxardısa,bu fond onların köməyinə çatardı.  Bu gün isə… Təəssüf ki, toy kimi müqəddəs adət-ənənədən, gənc ailələrin əvəzinə, yalnız və yalnız mütrüflər və biznesmenlər qazanır.

Hazırda səfər ayıdır. Ailə qurmaq istəyən gənclər bir aydan sonra yenidən sözügedən ictimai bəlalarla – bəhsəbəhs bəlası ilə qarşı qarşıya qalacaq. Bəlkə indi vaxtdır? Üzümü sizə tuturam, media qurumları, yazarlar, ictimai fəallar, bəlkə, bu barədə ictimai qınaq hərəkatına keçək?!

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.