Öncəki məqalələr

Toy iqtisadiyyatı

/ Cümə axşamı, 04 Dekabr 2014 13:33
Toy iqtisadiyyatı

Səfər ayındayıq. Ən çox eşitdiyimiz isə budur ki, ticarətçilər alverin olmamasından şikayət edir. Dükan alversizlikdən, “moyka” maşınsızlıqdan, bazar müştərisizlikdən danışır.

Bir dostumla görüşdüm. Zərgərdir. Vəziyyətini soruşdum. Dedi ki, “qardaş, biz toylardan asılıyıq. İki aydır alverimiz yoxdur. Qızıl alan ancaq toy üçün alır.” Elə bunu demişdi ki, barmağımı dişlədim. Axı mən bu sözü o günü də hansısa ticarətçidən eşitmişdim. Hə, dərzi idi deyəsən, dedi ki, toy yoxdur, ona görə paltar tikdirən də yoxdur.

Amma, yox, deyəsən bərbərdən eşitmişdim bu sözü. Soruşdum ki, niyə qayçının səsi gəlmir, dedi ki, toy yoxdur, ona görə də saçını qırxdıran azalıb.

Tfu, lənətə gələsən, kor şeytan! Bu sözü mən axı, deyəsən, mebel ustasından eşitmişdim?! Soruşdum ki, niyə rəndənin səsi gəlmir, dedi ki, evlənən yoxdur deyə, cehiz alan da yoxdur. İki ay ac-susuz bir təhər gözləyəcəyik.

Nə isə. Yadımdan çıxıb mənə kim demişdi bu sözü. Bilmirəm bu iki ayı işsiz qalan şadlıq evlərinin kababçısı, xadimələri demişdi, yoxsa ki, yüzlərlə şadlıq evlərinin minlərlə işsiz qalan gənc ofisiantları? Amma bircə şeyi dəqiq bilirəm: toy olmamasına görə bu iki ayı xalq işsiz qalırsa, yəni insanlar ancaq cehizdən ötrü mebel alırsa, yalnız toydan ötrü qızıl alırsa və əlaqəli olaraq bir neçə təbəqənin çörəyi yalnız toy biznesindən asılıdırsa, deyəsən, axı nə isə düz getmir?!! Doğrudanmı, biz ancaq toy iqtisadiyyatından aıslıyıq? Bəlkə, bir qədər dəyişək?!!

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
Type the text presented in the image below

Please publish modules in offcanvas position.