Öncəki məqalələr

Bizdə ən “bərk gedən” dindar “filankəsin tələbəsi”dir

/ Cümə axşamı, 11 Dekabr 2014 13:34
Bizdə ən “bərk gedən” dindar “filankəsin tələbəsi”dir

Günümüzün aktual mövzularından biri də budur ki, görəsən, Azərbaycanda dininə ciddi yanaşanlar (dindarlar) müasir dünyanın çağırışlarına cavab verə bilirlərmi?!

Təəssüf ki, Azərbaycanda yetişimiş dini şəxsiyyətlərdən danışdıqda, yalnız və yalnız keçmişə üz tuturuq. Bu gün də digər xalqlar arasında söz demək istədikdə neçə yüz illər bundan qabaq yaşamış Nizami Gəncəvi, Nəsrəddin Tusi,  Məhəmməd Fizuli, Xan qızı Natəvan, Abasqulu ağa Bakıxanovlardan danışırıq. Bəs onları bu məqamlara çatdıran nə idi?! Əlbəttə ki, müasirlikləri..!

Misal üçün, tusişünaslar qeyd edir ki, mərhum Nəsrəddin Tusi dövrünün bütün elmlərini bilirmiş. Daha bir fakt: Məhəmməd Fizuli o dövr üçün məşhur sayılan 3 qonşu dildə – ərəb, fars, türk dilində möhtəşəm əsərlər yazıb. Nizami Gəncəvinin əsərlərinə baxdıqda cəsarətlə iddia etmək olar ki, dahi Nizami riyaziyyat, hüquq, ədəbiyyat, tarix, politologiya-sosiologiya, tibb, fəlsəfə, astronomiya, coğrafiya və bir sıra digər zəruri elmlərdə alim, bilici imiş. Nizami Gəncəvi bizim üçün qoyduğu elmi irsə görə dahidir.

Bəs indi necə?!! Üzücü də olsa, reallıq budur ki, bizdə ən uğurlu dindar moziə edən, surud oxuyan, rövzə deyən şəxslər sayılır: “Filankəsin “dəhşət” moizəsi oldu”, “filankəs toyda möhtəşəm surud oxudu”,  “filankəs bir ağlamalı rövzə dedi ki!”...

Hələ burasını da deyim ki, ölkədə ən “bərk gedən” dindar “filankəsin tələbəsi” sayılır.

Nədənsə yaxşı riyaziyyatçı, fizik, tarixçi, idmançı, hərbçi və s. sahələrdə sözlərini deyən və ya demək istəyən dindar şəxslər cənnətlik hesab edilmir.

Əgər bu primitivliyə “hə” deyiriksə, sonda bir primitiv sual da bəndeyi-həqirdən: Məgər Nizami Gəncəvi,  Nəsrəddin Tusi,  Məhəmməd Fizuli, Xan qızı Natəvan, Abasqulu ağa Bakıxanov (əlbəttə, yenə də sadalamaq olar) moizələri, rövzələri, toylarda surud oxumaları ilə məşhur idilər?

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
Type the text presented in the image below

Please publish modules in offcanvas position.