Bəla və xəstəliklər zamanı oxunan dualar

Bəla və xəstəliklər zamanı oxunan dualar

Bütün dünya hazırda təşviş içindədir: koronavirus bəlası planeti ağuşuna alıb. Bəşəriyyət hələlik bu problemin öhdəsindən gəlməkdə acizdir. Çünki bu, misli görünməmiş bir bəladır. Bu da anlaşılandır: insanlar yeni günahlar icad etdikcə, bəlaların da növü artır. 

Onu da qeyd edək ki, Hz Əli (ə) buyurur: “Başımıza gələnlər ya bəladır, ya da imtahan”. Odur ki, bu pandemiya bəladırsa, günahlarımızdan tövbə etməliyik. İmtahandırsa, səbr etməliyik ki, Allah əvəzini versin.

Amma insanlıq tarixində buna oxşar bəlalar və xəstəliklər olub. Dinimiz də hər sahədə olduğu kimi, bu məsələdə də Allaha üz tutmağı tövsiyə edir, ən əsası isə, bunun yollarını öyrədir.

İslam.az çoxsaylı şəfa dualarından bəzilərini oxucuların diqqətinə çatdırır 

1. Şeyx Abbas Qumi "Məfatih əl-Cinan" kitabında yazır: İmam Sadiq və İmam Kazimdən (ə) nəql olunmuş mötəbər sənədli hədislərin birində deyilir: "Kim sübh və məğrib (şam) namazlarından sonra kəlmə kəsməmiş, hərəkət etməmiş bu duanı - "Bismillahir-rəhmanir-rəhim La həvlə və la quvvətə illa billahil Əliyyil Əzim" -  yeddi dəfə oxusa, 70 cür bəla ondan uzaq olar. Bu bəlaların ən kiçiyi cüzam, ekzema, şeytanın və padşahların şərləridir."

 Bu zikrin sayı bəzi mötəbər rəvayətlərdə 3 dəfə bəzilərində isə 10 dəfə qeyd olunub. Ən aşağısı 3 dəfə, ən yuxarısı 100 dəfə deyilib. Nə qədər çox oxunsa, savabı bir o qədər çoxdur. ("Məfatih əl-Cinan", səh.141 və 142, sübh namazının təqibatında.)

2. Seyyid ibni Tavus “Muhcud-dəvat” kitabında Səid ibni Əbulfəthdən nəql etmişdir:

"Mən ağır bir xəstəliyə tutulmuş və həkimlər məni müalicə etməkdən aciz qalmışdılar. Bu duanı oxumaqla şəfa tapdım."

İmam Cəfər Sadiqdən (ə) nəql olunmuşdur ki, Həzrət Peyğəmbər (s) buyurub: Xəstə olan hər şəxs sübh namazından sonra 40 dəfə (bu sözü) deyərək əlini xəstə olan yerə sürtərsə, o xəstəlikdən şəfa tapar: "Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Həsbunəllahu və niməl-vəkil. Təbarəkəllahu əhsənul-xaliqin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim."

 

Please publish modules in offcanvas position.