Koronavirus İslam nöqteyi-nəzərindən

Koronavirus İslam nöqteyi-nəzərindən

 İslam.az ilahiyyatçı Amin Raminin koronovirus pandemiyasına İslam prizmasından baxışını təqdim edir.

 

Son günlər koronavirus bütün dünyanı ağuşuna alıb. Virus təbii insan fitrətinin inkarı üzərində qurulan müasir dünyanın nə dərəcədə zəif olduğunu nümayış etdirdi. Bu sistem əvvəlcə insanın ətraf mühitlə əlaqəsini qəbul etmirdi, daha sonra isə - insan təbiətinin özü ilə də. Məsələn, artıq bu müstəvidə insan cinsinin dəyişdirilməsi, süni məxluqların, genetik mutantların və s. yaradılması nəzərdən keçirilir.  

Koronavirusa məhz bu perspektivdən qiymət vermək lazımdır. Əslində bu epidemiyada qeyri-adi heç nə yoxdur: tarixdə bundan da dəhşətli epidemiyalar olub, milyonlarla insan həyatını itirib. Koronavirusla bağlı hadisələrin isə məğzi ondan ibarətdir ki, yaşadığımız sistemin süniliyi və absurdluğu tam çılpaqlığı ilə üzə çıxdı. Bu sistem heç kimə lazım olmayan, gülünc layihələrə milyardlar xərcləyir. Amma günlərin birində aşkarlandı ki, bəşəriyyətə adi tibbi maskalar çatmır.

Cəmi bir il əvvəl mən “İslamda insan” toplusu mühazirələrimdə yazmışdım:

“Müasir cəmiyyət sisteminin rəqibləri qalmadıqda, bütün planet və hətta planetin ətrafı ram edildikdən sonra, bu sistem özü özünü məhv etməyə başladı. Biz hamımız bu mərhələdə yaşayırıq. Ardından isə bu sistemin dağılması başlayacaq. Bu da bəşəriyyətin bu günə qədər görmədiyi ən dəhşətli bir faciə olacaq. Yeni mərhələyə qədəm qoymazdan öncə planet qana bulaşacaq. Hədislər bu barədə aşkar deyir. İblisə uyaraq sonsuz hakimiyyətə can atan insanlar elə qüvvələri meydana gətiriblər ki, artıq onlar üzərində hakimiyyətləri yoxdur. Lakin İblislə saziş həmişə süqutla nəticələnir. Bu “alimlər” və onlara bağlı olan siyasətçilər düşünürlər ki, nəyi isə idarə edirlər. Amma əslində belə deyil. Bəşəriyyət sürətlə məhvə doğru gedir. Və bu o vaxta qədər davam edəcək ki, xilaskar gəlsin və bəşəriyyəti əzəli görkəminə gətirsin”.

Mühazirələrimin digər hissəsində isə belə demişdim: “Beləliklə, nəhənglik illüziyasına rəğmən, müasir sivilizasiyanın yaratdığı çox ucuz, küləklə sovrulan tox kimi zəifdir... Qədim Romada inşa edilən binalar qalmaqdadır. Amma bu gün tikilən binalar bir neçə onillikdən sonra dağılacaqlar. Müasir iqtisadiyyat o qədər zərifdir ki, iri meqapolislərdə elektrik enerjisinin bir neçə saat kəsilməsi kifayətdir ki, bütün ölkə, hətta bütün planet miqyasındafəlakət baş versin”.

Bir il öncə kim təsəvvür edə bilərdi ki, bu nümunədə elektrik enerjisinin kəsilməsi zamanı elektrik açarı rolunu koronovirus oynayacaq? Amma hər şey daha maraqlı və bəsit oldu. Çünki zərrəcik boyda olan virus nəhəng beton qurğulardan, texniki ləvazimatlardan və naqillərdən ağır gəldi. 

Bu gün görürük ki, koronovirus hamını bərabərləşdirdi. Bakteriya üçün prezident və yoxsul, milyarder və fəhlə arasında heç bir fərq yoxdur. Müasir tibb acizdir, dövlətlərin ən ali vəzifələrində olanlar xəstələnir və virusdan ölürlər. Eyni ilə adi təqaüdçülər kimi. 

arsh313.com

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.