Çin koronavirusa qalib gəldi: karantinə son

/ Çərşənbə axşamı, 24 Mart 2020 11:51
Çin koronavirusa qalib gəldi: karantinə son

Koronavirus pandemiyasının mənbəyi olan Çinin Hubey əyalətində səyahət məhdudiyyəti aradan qaldırılır.

Martın 25-dən etibarən Uhan şəhəri istisna olmaqla əyalət ərazisindəki sağlam sakinlər sərbəst hərəkət edə və iş yerlərinə qayıda biləcəklər.

Həmçinin sakinlərin digər əyalətlərə giriş-çıxışına da icazə veriləcək.

Uhan şəhərində isə səyahət məhdudiyyətinin aprelin 8-dək qüvvədə qalacağı bildirilib.

Trend xatırladır ki, Hubey əyalətində məhdudiyyət rejimi yanvarın 23-də qüvvəyə minib.

Please publish modules in offcanvas position.