Türkiyədə koronavirusdan ölənlərin sayı 59 nəfərə çatdı

/ Cümə axşamı, 26 Mart 2020 13:13
Türkiyədə koronavirusdan ölənlərin sayı 59 nəfərə çatdı

Türkiyədə koronavirusa yoluxanların sayı 2 433 nəfərə çatıb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

O, qeyd edib ki, ölkədə virusdan ölənlərin sayı da artıb.

“Bu gün 5 035 test aparıldı, onlardan 561-nin nəticəsi müsbət oldu. Ölkəmizdə ümumilikdə 2 433 koronavirusa yoluxma var. Biz daha 15 pasiyenti itirdik, ölənlərin ümumi sayı 59 nəfərə çatdı”, - deyə nazir “Twitter”dəki səhifəsində yazıb.

Please publish modules in offcanvas position.