Bakıda koronavirus şübhəsi ilə 7 nəfər xəstəxanaya yerləşdirilib - Rəsmi açıqlama

/ Çərşənbə, 26 Fevral 2020 14:07
Bakıda koronavirus şübhəsi ilə 7 nəfər xəstəxanaya yerləşdirilib - Rəsmi açıqlama

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Islam.az yazir ki, Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib.

Həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlardan 6-sının vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir.

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə artıq məlumat verdiyimiz kimi müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə həkim müşahidəsinə götürülənlərdən 2 nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb.

Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.

Nazirlik ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik. Kütləvi informasiya vasitələrindən xəbər başlıqlarının məzmununda çaşqınlığa səbəb olan ifadələrdən istifadə etməməyi xahiş edir.

Please publish modules in offcanvas position.