MSK-nın araşdırıb ləğv etdiyi dairələr - Siyahı

/ Çərşənbə, 26 Fevral 2020 14:09
MSK-nın araşdırıb ləğv etdiyi dairələr - Siyahı

Qafqazinfo-ya istinadən İslam.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası 9 fevral parlament seçkiləriylə bağlı özünün araşdırması nəticəsində ləğv etdiyi məntəqələrin adlarını açıqlayıb.

Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. MSK katibi bildirib ki, 11 saylı Qaradağ seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar seçki dairəsinin 8, 13,20 saylı, 101 Göygöl-Daşkəsən seçki dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb.

Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb. 

Please publish modules in offcanvas position.