Belarusda ilk koronavirus halı – İnfeksiyaya yoluxan Bakıdan gedib

/ Cümə, 28 Fevral 2020 11:17
Belarusda ilk koronavirus halı – İnfeksiyaya yoluxan Bakıdan gedib

Belarusda ilk koronavirusa yoluxma halı müşahidə edilib.

Bu barədə TASS informasiya agentliyi Belarus Səhiyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

Açıqlamada bildirilir ki, infeksiya daşıyıcısı İran vətəndaşıdır. Həmin şəxs Belarusa qatarla Bakıdan gəlib.

“Belarusda koronavirusa ilk yoluxma halı müşahidə olunub. Fevralın 27-də Respublika Elmi-Praktik Epidemiologiya və Mikrobiologiya Mərkəzində edilən testin nəticəsinə görə, İran vətəndaşında “2019-nCoV” aşkar edilib”, - deyə açıqlamada qeyd edilir.

Səhiyyə Nazirliyindən verilən məlumatda virusa yoluxan şəxsin fevralın 22-də ölkə ərazisinə Bakıdan qatarla gəldiyi deyilir.

O, Minsk İnfeksion Xəstəxanasına yerləşdirilib.

Həmin şəxsin vəziyyətinin hazırda qənaətbəxş olduğu bildirilir.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.