İraq İŞİD-çilərin 82 övladını Azərbaycana göndərdiyini bildirib

/ Çərşənbə, 04 Mart 2020 17:41
İraq İŞİD-çilərin 82 övladını Azərbaycana göndərdiyini bildirib

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əs-Sahaf məlumat verib.

İraq rəsmisi bildirib ki, nazirlik İŞİD-çilərin 82 övladının Azərbaycana göndərilməsində yaxından iştirak edib.

Ə. əs-Sahaf əlavə edib ki, bu uşaqlar İŞİD-ə qoşulmaqda ittihamlandırılan anaları ilə birgə İraq həbsxanaları və düşərgələrində olublar.

Ə. əs-Sahaf indiyə qədər İraqdan, mənsub olduqları ölkələrinə göndərilən uşaqların sayının 828 olduğunu deyib.

İraq rəsmisi İŞİD-çilərin övladlarının Azərbaycana göndərilməsi zamanını açıqlamayıb.

Please publish modules in offcanvas position.