Erməni təxribatı nəticəsində şəhid olan hərbçi dəfn olunub

/ Cümə, 06 Mart 2020 17:08
Erməni təxribatı nəticəsində şəhid olan hərbçi dəfn olunub

Erməni təxribatı nəticəsində şəhid olan sərhədçi əsgər ilə vida mərasimi başa çatıb.

İslam.az İnterAz-a istinadla verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadə Cəlilabad rayonunun Cəfərxanlı kəndində torpağa tapşırılıb.

Vida mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, rayon rəhbərliyi, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb, dərhal Qazax rayo­nunun dia­qnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Please publish modules in offcanvas position.