Novruz bayramınadək dəmir yolunun Fatmayi-Goradil və Novxanı dayanacaqlarının istifadəyə verilməsi gözlənilir

/ Cümə, 13 Mart 2020 17:54
Novruz bayramınadək dəmir yolunun Fatmayi-Goradil və Novxanı dayanacaqlarının istifadəyə verilməsi gözlənilir

Hazırda Bakı dairəvi dəmir yolunda hərəkət edən sərnişin qatarı Bakıdan Pirşağıya qədər hərəkət edir. Novruz bayramına qədər Fatmayi-Goradil və Novxanı dayanacaqlarının istifadəyə verilməsi nəzərdə tutulur.

İslam.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Zaman Novruzov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bu dayanacaqlar istifadəyə verildikdən sonra Bakı dairəvi dəmir yolu tam fəaliyyət göstərəcək.

Xatırladaq ki, Bakı dairəvi dəmir yolu xəttinin ümumi uzunluğu 91 kilometri əhatə edir.

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); ;