Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu

/ Cümə axşamı, 02 Aprel 2020 13:22
Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu

“Martın 31-dən saat 00:00-da koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı növbəti tədbirlər həyata keçirilib. Vətəndaşların özünütəcrid üçün şərait yaradılıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda əlavə 41 koronavirusa yoluxma faktı var: 

“Səkkiz nəfərin vəziyyəti ağır, 11-nin orta ağır və digərlərinin vəziyyəti stabildir”.

Please publish modules in offcanvas position.