Ötən il Azərbaycana qarşı casusluq edənlərin sayı açıqlandı

/ Cümə axşamı, 02 Aprel 2020 17:11
Ötən il Azərbaycana qarşı casusluq edənlərin sayı açıqlandı

Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olanların sayı açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, hesabatda yazılıb ki, başqa dövlətlərin xüsusi xidmət orqanları ilə 15 nəfər əməkdaşlıq edib.

Sözügedən şəxslərdən 12-si Azərbaycan, biri Rusiya, biri İran, biri isə Gürcüstan vətəndaşıdır.

Bundan başqa, bir nəfər Azərbaycan vətəndaşının əməkdaşlığa cəlb edildiyi qeyd olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin hesabatını aprelin 7-də Baş nazir Əli Əsədov təqdim edəcək.

Please publish modules in offcanvas position.