Yaponiyanın yeddi prefekturasında fövqəladə rejim elan edilib

/ Çərşənbə axşamı, 07 Aprel 2020 15:58
Yaponiyanın yeddi prefekturasında fövqəladə rejim elan edilib

Koronavirus pandemiyası səbəbiylə Yaponiyanın yeddi prefekturasında fövqəladə rejim elan edilib.

Bunu ölkənin  Baş naziri Şinzo Abe bəyan edib.

"NHK" telekanalının məlumatına görə rejim Tokio, Osaka, Saytama, Kanaqava, Tiba, Hyoqo və Fukuoka prefekturalarında bir ay, mayın 6-dək qüvvədə olacaq. Səlahiyyətlilər bu tədbirin infeksiyanın yayılmasının qarşısını almağa kömək edəcəyinə inanırlar.

Yaponiya hökuməti gəlirlərinin böyük hissəsini itirən ailələrə dəstək olmağa qərar verib. Onların hər birinə 2800 dollar məbləğində maddi yardım veriləcək.

Please publish modules in offcanvas position.