Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil

/ Çərşənbə, 08 Aprel 2020 21:02
Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil

Ölkədə vətəndaşlara pulsuz maska paylanması məsələsi gündəmdə deyil.

İslam.az SalamNews-a istinadən verdiyi məlumata görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həkim və xəstələrə, polis və gömrük orqanları əməkdaşlarına maska pulsuz paylanılır:

"Bazarda maska o qədər baha deyil. Əgər ehtiyac yaranarsa, dövlətin məqsədi ölkənin təhlükəsizliyi üçündür. Azərbaycanda maskalar o qədər baha qiymətə satılmır, əlçatandır. Bir az qıtlıq yaranmışdı, o da maska istehsal edən fabrik açılandan sonra aradan qalxır. Ehtiyac olarsa, dövlət bütün resurslarından istifadə edəcək".

Please publish modules in offcanvas position.