Azərbaycanda daha 67 nəfərdə koronavirusa yoluxma qeydə alındı, 1 nəfər öldü

/ Şənbə, 11 Aprel 2020 21:38
Azərbaycanda daha 67 nəfərdə koronavirusa yoluxma qeydə alındı, 1 nəfər öldü

Azərbaycan Respublikasında 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılıb.

İslam.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"-a verilən məlumata görə, 1935-ci il təvəllüdlü vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilib, ondan koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxıb. Bütün zəruri tibbi tədbirlərin həyata keçirilməsinə baxmayaraq pasiyent vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2 840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Please publish modules in offcanvas position.