Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı

/ Bazar ertəsi, 13 Aprel 2020 16:20
Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Bu barədə Ədliyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 11 687, fevral ayında 11 373, mart ayında isə 6 321 doğum dövlət qeydiyyatına alınıb.

“2020-ci ildə yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar və İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə kimi adların verilməsi üstünlük təşkil edir. Hazırda ilk beşlikdə oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər və Uğur, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin və Fatimə kimi adların verilməsi yer alır”, - məlumatda bildirilib.

Please publish modules in offcanvas position.