Hikmət Hacıyev: Karantin rejiminin uzadılması ilə əlaqədar lazımi tədbirlər görüləcək

/ Cümə axşamı, 16 Aprel 2020 17:47
Hikmət Hacıyev: Karantin rejiminin uzadılması ilə əlaqədar lazımi tədbirlər görüləcək

Azərbaycanda görülən tədbirlər nəticəsində koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır.

Islam.az SalamNews-a istinadən verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, koronavirusla bağlı ölkədəki bugünkü vəziyyət sevindiricidr, ancaq qabaqlayıcı tədbirlər bundan sonra da davam etdirilməlidir.

H.Hacıyev vurğulayıb ki, karantin rejiminin uzadılması ilə əlaqədar lazımi tədbirlər görüləcək.

Dövlət rəsmisi qeyd edib ki, digər ölkələrdə də karantin rejiminin uzadılması ilə bağlı tədbirlər həyata keçirilir: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, karantin rejimi ilə bağlı qərarda tələsmək olmaz".

Please publish modules in offcanvas position.