Azərbaycan-Gürcüstan sərhədi növbəti ayadak bağlı qalacaq

/ Şənbə, 18 Aprel 2020 20:42
Azərbaycan-Gürcüstan sərhədi növbəti ayadak bağlı qalacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb. 

İslam.az "Report"-a istinadla xəbər verir ki, bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb.  

Qeyd edilir ki, bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır 

Please publish modules in offcanvas position.