Azərbaycanda son sutkada 25 nəfərdə koronavirus aşkarlanıb, 122 nəfər sağalıb, 1 nəfər ölüb

/ Bazar, 19 Aprel 2020 18:30
Azərbaycanda son sutkada 25 nəfərdə koronavirus aşkarlanıb, 122 nəfər sağalıb, 1 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Islam.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, ürəyin işemik xəstəliyi,  arterial hipertenziya, postinfarkt kardiosklerozu  olan 1940-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Məlumatda bildirilir ki, hazırkı dövrədək ölkəmizdə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 test aparılıb.

Please publish modules in offcanvas position.