Ağstafada Ağgölün sahilindən bir top mərmisi tapıldı

/ Bazar, 19 Aprel 2020 18:44
Ağstafada Ağgölün sahilindən bir top mərmisi tapıldı

xebeAprelin 19-da Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Ağgöl kəndi, Ağgöl gölünün sahilində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.

İslam.az Oxu.Az-a istinadla verdiyi məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə həmin baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd praktiki atışlar üçün nəzərdə tutulmuş 100 mm-lik top mərmisi (PBR-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Please publish modules in offcanvas position.