Gələn ayın bayramlarla əlaqəli qeyri-iş günləri açıqlanıb

/ Bazar ertəsi, 20 Aprel 2020 16:58
Gələn ayın bayramlarla əlaqəli qeyri-iş günləri açıqlanıb

Bu ilin may ayı üçün bayramlarla əlaqəli qeyri-iş günləri məlum olub.

İslam.az İnterAz-a istinadla xəbər verir ki, mayın 9-da ölkədə Faşizm üzərində Qələbə günü, mayın 24 və 25-də Ramazan bayramı, mayın 28-də isə Respublika günüdür.

Bununla yanaşı, mayın 9-u şənbə günü olduğundan mayın 11-i, həmçinin mayın 24-ü bazar gününə təsadüf etdiyinə görə mayın 26-sı da qeyri-iş günü olacaq.

Qeyd edək ki, aprelin 18-də Nazirlər Kabineti ölkədə tətbiq olunan xüsusi karantin rejiminin 4 may 2020-ci il saat 00:00-dək uzadılması ilə bağlı qərar verib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. 

Please publish modules in offcanvas position.