Azərbaycanda polislər koronavirusa yoluxub

/ Çərşənbə axşamı, 21 Aprel 2020 16:28
Azərbaycanda polislər koronavirusa yoluxub

Daxili İşlər Nazirliyi (DİN) ölkədə xidmət aparan polis əməkdaşlarının koronavirusa yoluxduğunu açıqlayıb.

İslam.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov İnterAz-a verdiyi məlumata görə, polislərin koronavirusa yoluxma faktı təkcə paytaxt ərazisində qeydə alınmayıb:

"Bildiyiniz kimi, polis əməkdaşları respublika ərazisində gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olur, vətəndaşlara maarifləndirici tədbirlər həyata keçirilər, onlara məlumatlar verirlər. Həmçinin polis əməkdaşları vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında da xidmətlər göstərirlər. Polislər koronavirusla mübarizədə ön cəbhədədirlər. Buna görə də onlar arasında koronavirusa yoluxma faktı qeydə alınıb".

E.Zahidovun deyib ki, hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti stabildir: "Onların dəqiq sayını açıqlaya bilmərəm. Hazırda polis əməkdaşları müalicə alırlar. Hətta xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları arasında xəsarət alanlar da var. Bu, bir daha onu göstərir ki, polis əməkdaşları özlərinin səhətlərini təhlükəyə qoyaraq, vətəndaşlarımızın sağlamlığının keşiyindədirlər".

Xidmət rəisinin sözlərinə görə, polis əməkdaşları ilə birgə xidmət aparan DİN Daxili Qoşunlarının hərbi qulluqçuları arasında yoluxma faktı qeydə alınmayıb.

Please publish modules in offcanvas position.