Məsciddən uşaqlara kitab yardımı — FOTO

/ Bazar ertəsi, 27 Aprel 2020 10:24
Məsciddən uşaqlara kitab yardımı — FOTO

Ramazan ayında azyaşlı kitabsevərləri sevindirmək və onları mənəvi qida ilə təmin etmək üçün Məşədi Dadaş məscidi dini icması "Parlaq imzalar" nəşriyyatının yeni aksiyasına qoşulub.

İslam.az "Ölkə.Az"a istinadla xəbər verir ki, "Sən də bir uşağın Kitab dostu ol!" və " Bir bağlama kitab al, bir qucaq sevgi göndər!" şüarları ilə keçirilən aksiyada müxtəlif şəxs, şirkət və qurumların yardımı ilə 500 aztəminatlı ailənin uşaqlarına kitab dəsti hədiyyə etmək planlaşdırılır.

Dünya uşaq ədəbiyyatı klassikasının inciləri və gənc uşaq yazarlarımızı kitablarından ibarət dəstə şirniyyat sovqatı da daxildir. Məşədi Dadaş dini icması 50 balaca oxucunu sevindirməyi öz öhdəsinə götürüb.

Məscidin imamı ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, böyüyən nəslin mənəvi və intellektual tərbiyəsi hər bir xalq üçün ən strateji, ən əhəmiyyətli məsələdir: "Hər birimiz uşaqların maarfilənməsi, mütaliəni sevməsi üçün əlimizdən gələni etməliyik. Gənc nəslin bu ruhiyyədə böyüməsi, onların mənəvi yetkinliyinin də zəmanətidir. Çünki, elm və mərifət olmayan bir yerdə, din də təhriflərə uğrayır. Ona görə elə kitablara üstünlük verildi ki, uşaqların dünyagörüşünü artırsın, dünya ədəbiyyatı ilə təmasını təmin etsin. Bu işdə bizə dəstək olan hər kəsə, habelə "Parlaq imzalar" nəşriyyatına belə təşəbbüsə görə təşəkkür edirəm. Ümid edirəm ki, bu aksiyalar davamlı olacaq".

Qeyd edək ki, hədiyyə paketinə A. Sent-Eqzüperinin "Balaca şahzadə", R. Baxın "Qağayı Conatan Livinqston", S. Kozlovun "Kirpi dumanda", E. Hüseynoğlunun "Savannaya qayıdış", A. Sükutun "Tuflinlər" və S. Zülfiqarovanın "Meyvələrin şöhrəti" kitabları daxildir.

Kitab-6

Kitab-4

Kitab-3

Kitab-8

Please publish modules in offcanvas position.