İkinci, hətta üçüncü dalğa gəlir – ÜST açıqladı

/ Cümə, 01 May 2020 15:28
İkinci, hətta üçüncü dalğa gəlir – ÜST açıqladı

Koronavirusun ikinci dalğası birinci dalğada xəstələnməyən şəxslərin pandemiyaya tutulması deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri ÜST-ün Azərbaycandakı rəhbəri Hande Harmancı media üçün keçirilən onlayn videokonfrans zamanı deyib.

Onun sözlərinə görə, təbirlər davam etdirilsə də, pandemiyanın sürəti zəiflədilsə də, ikinci, hətta üçüncü dalğa da istisna deyil. Lakin bu kiçik dalğaları sonradan dəf etmək o qədər çətin olmayacaq:

“Odur ki, ikinci, üçüncü dalğalardan qorxmayın. Əsas odur ki, karantin rejimi aradan qaldırıldıqdan sonra belə özümüzü qorumağı bacarmaqdır”.

Please publish modules in offcanvas position.