Azərbaycanda Ukrayna sakinləri üçün xüsusi reys təşkil olunacaq

/ Çərşənbə axşamı, 05 May 2020 16:15
Azərbaycanda Ukrayna sakinləri üçün xüsusi reys təşkil olunacaq

Ukraynanın Azərbaycandakı səfirliyi “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti ilə birgə Bakı-Kiyev xüsusi reysini təşkil edəcək.

İslam.az Trend-ə istinadla xəbər verir ki, reys Ukrayna vətəndaşlarının, eləcə də Ukraynada yaşayış hüququ olan şəxslərin geri qayıda bilməsi üçün həyata keçiriləcək.

Məlumata əsasən, reys mayın 11-də Bakı vaxtilə saat 15:30-da baş tutacaq və Kiyev vaxtilə saat 18:30-da çatacaq.

Biletləri aviaşirkətin rəsmi saytından almaq olar. Qeydiyyat Heydər Əliyev beynəlxalq hava limanında “Ukrayna Beynəlxalq Hava Yolları”nın stendində keçiriləcək.

Nəzarət-buraxılış məntəqəsində sərnişinlər Ukrayna nömrəsi olan telefonu nümayiş etdirməlidir.

Please publish modules in offcanvas position.