Azərbaycan cəbhəboyu zonada yeni hərbi hissə tikir

/ Çərşənbə, 06 May 2020 14:13
Azərbaycan cəbhəboyu zonada yeni hərbi hissə tikir

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Prezidentin köməkçisi –  Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində cəbhəboyu zonada tikintisi yekunlaşmaqda olan hərbi hissədə olublar.

İslam.az xəbər verir ki, bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məruzə edilib ki, hərbi hissədə şəxsi heyətin yaşayışı və xidməti-döyüş tapşırıqlarının icrasını təmin etmək üçün lazımi şərait yaradılacaq.

Yeni inşa edilən hərbi hissədə aparılan tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Please publish modules in offcanvas position.