DTX Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirir

/ Cümə, 08 May 2020 13:31
DTX Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi saytı Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirilən əməliyyata dair məlumat yayıb.

İslam.az APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Please publish modules in offcanvas position.