Azərbaycanda qəbul imtahanlarının keçirilməsi qaydası açıqlanıb

/ Çərşənbə axşamı, 12 May 2020 14:11
Azərbaycanda qəbul imtahanlarının keçirilməsi qaydası açıqlanıb

Azərbaycanda qəbul imtahanlarının keçirilməsi qaydası açıqlanıb.

İslam.az “Minval”-a istinadla verdiyi məlumata görə, bu barədə 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin bakalavriat pilləsinə tələbə qəbulu haqqında elanda bildirilib.

Bildirilib ki, hər bir imtahanın yeri və vaxtı barədə məlumat imtahandan azı 5 gün əvvəl DİM-in saytında təqdim olunacaq. Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.

Please publish modules in offcanvas position.