Sərhədimizdə təxribat hazırlığı - DSX-dan sərt reaksiya

/ Cümə axşamı, 04 İyun 2020 15:58
Sərhədimizdə təxribat hazırlığı - DSX-dan sərt reaksiya

İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub.

İslam.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Axar"-a verilən məlumata görə, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılmışdır.

Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

Please publish modules in offcanvas position.