Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı

/ Cümə, 05 İyun 2020 15:12
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı

Bakıda polis əməkdaşları tibbi maskadan istifadə ilə bağlı reydlərə başlayıb.

İslam.az Day.Az-a istinadla xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə, eləcə də qapalı məkanlarda və ictimai nəqliyyatda​ reydlər keçirir, mütləq qaydada tibbi maskadan istifadəni tələb edirlər.

Tələblərə riayət etməyənlər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati cəza tədbirləri görülür.

Please publish modules in offcanvas position.