Mingəçevirdə şəhid bulaqları tikilib

/ Bazar ertəsi, 08 İyun 2020 14:45
Mingəçevirdə şəhid bulaqları tikilib

Mingəçevirdə binAların qarşısında, şəhərin müxtəlif ünvanlarında şəhid bulaqları tikilib. 

İslam.az İnterAz-a istinadla xəbər verir ki, ilk təşəbbüs şəhər sakini Elgün Əliyevdən gəlib. O, öz hesabına şəhid Vidadi Əzizovun xatirəsinə İsmət Qayıbov küçəsində ehsan bulağı inşa etdirib. Ətrafına isə ağac və güllər əkərək yaşıllaşdırıb. Daha sonra onun bu təşəbbüsünə bir neçə gəncdə də qoşulub. Həmin ərazidə yaşayan sakinlər gənclərin bu xeyirxah təşəbbüsünü yüksək qiymətləndirlər. 

Şəhər sakinləri bildirir ki, günün istənilən vaxtı bulağın kranından açıb su götürmək mümkündür. Buradan həyətdə futbol oynuyan uşaqlar. Həmçinin hündür mərtəbəli binaya tez-tez qalxıb düşə bilməyən ahıl sakinlər daha çox istifadə edir.

Qeyd edək ki, Mingəçevirdə şəhidlərin xatirəsinə inşa edilən bulaqların tikintisi davam edir. 

Please publish modules in offcanvas position.