Bu il Azərbaycanda 4 287 cütlük boşanıb

/ Cümə, 12 İyun 2020 15:35
Bu il Azərbaycanda 4 287 cütlük boşanıb

Azərbaycanda 2020-ci ilin yanvar-aprel ayları ərzində qeydiyyat şöbələri tərəfindən nikaha daxilolma və boşanmaların statistikası açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Müvafiq dövrdə 13 738 nikaha daxilolma və 4 287 boşanma qeydə alınıb. Beləliklə, orta hesabla hər gün 114 yeni ailə yaranır və 35 cütlük boşanır.

Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,3 olub.

Please publish modules in offcanvas position.