TƏBİB: Yoluxma halı çox olsa, yüngül vəziyyətdə olan xəstələr məcburən evdə qalacaq

/ Cümə, 12 İyun 2020 18:45
TƏBİB: Yoluxma halı çox olsa, yüngül vəziyyətdə olan xəstələr məcburən evdə qalacaq

“Yoluxmanın səviyyəsi artdığı üçün sərt karantin rejiminə əl atırıq”.

İslam.az APA-ya istinadla verdiyi məlumata görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

V. Əliyev deyib ki, Gəncədə həkim çatışmazlığı ilə bağlı məsələ də araşdırılacaq: “Tək Gəncə deyil, Bakıda, digər yerlərdə də kritik vəziyyətə şahid ola bilərik. Bəziləri evdə qalır, xəstəliyi gizlədirlər, bu da daha ciddi problemlərə yol açır. Bu baxımdan Gəncədə həkim insanlara müraciət ünvanlayıb ki, virusa inanmamağa son verilsin. Çox insan tanıyıram ki, ailə üzvlərindən koronavirusa yoluxduqlarını gizlədir. Belə hallar isə yoluxmanı artırır. Yoluxma halı çox olsa, yüngül vəziyyətdə olan xəstələr məcburən evdə qalacaq”.

Please publish modules in offcanvas position.