DYP açıqladı: Rayonlara gedənlər geri qaytarılacaq!

/ Cümə, 12 İyun 2020 18:54
DYP açıqladı: Rayonlara gedənlər geri qaytarılacaq!

Karantin rejimi tətbiq olunmazdan əvvəl bəzi insanlar rejim tətbiq olunacaq əraziləri tərk etməyə çalışırlar.

İslam.az Axar.az-a istinadla xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqdə deyib:

"Bakı, Sumqayıt, Lənkəran, Abşeron sakinləri olduqları ərazini tərk edə bilməzlər və aid olduqları postlardan geri qaytarılacaqlar. Xahiş edirik ki, bu iki gün müddətində sözü gedən ərazilərin sakinləri rejim tətbiq olunmazdan əvvəl digər rayonlara getməyə cəhd etməsinlər"

Please publish modules in offcanvas position.