Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür

/ Bazar ertəsi, 15 İyun 2020 11:54
Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür. 

O, 1992-ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub. 

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakıya köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə ali təhsil ocağını müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi (hazırkı Şabran) rayonunda üç il həkim işləyib.

Please publish modules in offcanvas position.