Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpadan sonra açılışı olub

/ Cümə axşamı, 18 İyun 2020 14:55
Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpadan sonra açılışı olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində bu qurumun nəzdində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

İslam.az xəbər verir ki, bu barədə SalamNews-a AMEA-dan məlumat verilib.

Tanınmış sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyi onun zəngin irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində xeyli işlər görür, kitablar nəşr etdirir, müxtəlif tədbirlər keçirir.

Xatirə muzeyin yeni ekspozisiyasında iriölçülü ekranda H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyəti, Azərbaycanda və onun hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, ailəsi haqqında Azərbaycan, ingilis və rus dillərində məlumatlar yerləşdirilib.

Bundan başqa, yeni ekspozisiyada muzeyin fondlarında qorunan rəsm əsərləri, sənədlər, fotoşəkillər, H.Z.Tağıyevin ordenləri, onun vəsaiti hesabına nəşr olunan kitablar da nümayiş etdirilir.

Please publish modules in offcanvas position.