İsrailin işğal planına Londonun cavabı

/ Çərşənbə, 01 İyul 2020 15:46
İsrailin işğal planına Londonun cavabı

Ümid edirəm İsrail ilhaq planını tətbiq etməyəcək.

İslam.az "Axar"-a istinadla xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson İsrail mediasında yayımlanan “İsrailin dostu olaraq ilhaq etməməyə çağırıram” adlı məqaləsində qeyd edib.

“İlhaqın tətbiq olunması beynəlxalq hüququn pozulması deməkdir. Bu plana görə təəssüf hissi keçirirəm. Plan İsrailin uzunmüddətli maraqlarına ziddir. Eyni zamanda, ilhaq İsrailin ərəb ölkələri və islam dünyası ilə münasibətlərində əldə olunan irəliləyişi də təhlükəyə atacaq. Əgər plan həyata keçirilərsə, Böyük Britaniya 1967-ci ildə qəbul edilən sərhəddən başqa heç bir dəyişikliyi tanımayacaq”, - baş nazir bildirib.

Qeyd edək ki, İsrail 1 iyulda İordan çayının şərq hissəsinin ilhaqı ilə bağlı planı gerçəkləşdirəcəyini açıqlamışdı. Ötən gün Təl-Əviv bu planın ertələndiyini bildirdi.

Please publish modules in offcanvas position.