BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

/ Cümə axşamı, 09 İyul 2020 18:14
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkib.

Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Day.Az-a bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri aprel, may və iyun ayları ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:

"Münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Aprel, may və iyun aylarında biz, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkmişik. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) mandatına əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin, bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir"

Please publish modules in offcanvas position.