Ermənistan bu ərazini vursa... - Düşmənə sərt cavab

/ Cümə axşamı, 16 İyul 2020 16:30
Ermənistan bu ərazini vursa... - Düşmənə sərt cavab

Mingəçevir Su Anbarının yerləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir.

İslam.az xəbər verir ki, Bunu Axar.az-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab olaraq bildirib.

"Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir və bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər", - V.Dərgahlı qeyd edib.

Please publish modules in offcanvas position.