Azərbaycan - Ermənistan sərhədində vəziyyət yenidən gərginləşdi: İki erməni hərbçi yaralandı

/ Çərşənbə axşamı, 21 İyul 2020 16:00
Azərbaycan - Ermənistan sərhədində vəziyyət yenidən gərginləşdi: İki erməni hərbçi yaralandı

“Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil  gərgin olaraq qalır. Cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur”.

Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Oxu.Az-ın sorğusuna cavab olaraq deyib.

“Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun iki hərbi qulluqçusu ağır yaralanıb”.

Qeyd edilib ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.

Please publish modules in offcanvas position.