Prezidentin köməkçisindən məscidlərin açılması ilə bağlı AÇIQLAMA

/ Şənbə, 08 Avqust 2020 12:29
Prezidentin köməkçisindən məscidlərin açılması ilə bağlı AÇIQLAMA

“Biz hələlik məscidlərin açılmasına gedə bilmərik”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu il Həcc ziyarəti qeyri-adi formada keçirildi:

“İnsanların səhhətinin qorunması təkcə tibb sahəsinə aid deyil. Bu, iqtisadiyyata və normal həyatımıza təsir edir”.

“Bu il məscidlərin açılması müzakirə olunmur”, - deyə, Prezidentin köməkçisi əlavə edib.

Please publish modules in offcanvas position.