Azərbaycanda İcra başçısı və müavini saxlanıldı

/ Çərşənbə, 19 Avqust 2020 14:18
Azərbaycanda İcra başçısı və müavini saxlanıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.

Virtualaz.org-a məlum olduğu kimi, Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.

Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Please publish modules in offcanvas position.