Azərbaycan tarixi mənbələrdə (Vüsal Hətəmovun araşdırmalarından)

/ Cümə axşamı, 27 Avqust 2020 13:28
Azərbaycan tarixi mənbələrdə (Vüsal Hətəmovun araşdırmalarından)

Bəlazurinin “Fütuhul-buldan”, Təbərinin “Tarix”, Həməvinin “Möcəmül-buldan” kitabından belə məlum olur ki, Azərbaycan hicri-qəməri təqvimi ilə təxminən 20-ci ildə İslam bayrağı altına daxil olub, amma çox keçmədən bir dəstə insan İslama qarşı qiyam edib. İkinci xəlifə Ömər Əşəs ibn Qeysi Azərbaycana göndərib və Əşəs oranı yenidən fəth edib və sonra oranın hakimi olub.

Azərbaycanın həmin dövrdəki ərazisi bugünkündən daha geniş olub və ora Təbriz, Xoy, Salmas, Urmiya və Ərdəbildən əlavə, həm də Gilan və Mazandaranın bəzi əraziləri də daxil olub. Onun qərb tərəfdəki sərhədləri də bugünkündən geniş olub. Həməvi yazır: “Bu bölgənin özü böyük bir ölkədir. O, bərəkətli, yaşıl, çoxlu su və çeşmələri olan bir ərazidir”. Yaqubi özünün “Tarix” kitabında yazır: “Müaviyə Azərbaycandan hər il otuz milyon xərac alırdı. Bu, həmin ərazinin nə qədər geniş və abad olmasından xəbər verir”.

Nəhcül-bəlağənin şərhi, 9-cu cild, M.Şirazi, İran çapı

Hazırladı: Vüsal Hətəmov (şərqşünas, araşdırmaçı-yazar)

Please publish modules in offcanvas position.