Hazırkı dövrədək ölkəmizdə 38 min 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib. Aktiv xəstə sayı 1940 nəfərdir.
Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən müddət ərzində 1 milyon 27 min 685 test aparılıb. Bugünkü test sayı isə 7656-dir.