Gəncəyə endirilən zərbə terror yox, hərbi cinayətdir

/ Bazar ertəsi, 12 Oktyabr 2020 18:11
Gəncəyə endirilən zərbə terror yox, hərbi cinayətdir

Gəncədə mülki əhaliyə qarşı hərbi cinayət törədilməsini xalqımız qəzəblə qarşılayıb. Bəzi hallarda bu cinayət əməlini yanlış olaraq terror adlandırırlar. Qeyd etmək lazımdır ki, bu cur hüquqi terminlər işlədərkən ehtiyatlı olmaq və rəsmi dövlət orqanları, prokurorluq orqanları tərəfindən hazırlanmış məlumatlarda yer almış terminalogiyadan istifadə etmək lazımdır.

İslam.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib. O bildirib ki, terrorçuluq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində təsbit olunmuş İctimai Təhlükəsizlik Əlehinə olan Cinayətlər Fəslinə aidddir:

“Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə” olaraq başa düşülür. Lakin müharibə şəraitində mülki əhaliyə qarşı cinayət törədilməsi “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsində göstərilmiş “Döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı” törədilmiş hərbi cinayətdir. Burada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Müharibə Cinayətləri Fəsilinə aid olan 116-cı maddəsində nəzərdə tutulmuş silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətinin tərkibi vardır. Bu cinayətə görə Azərbaycan hərbi cinayət iddiası ilə beynəlxalq məhkəməyə müraciət etmək hüququ qazanır”.

Please publish modules in offcanvas position.